4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirildi
27.01.2017-ci il tarixdə 55 nömrəli tam orta məktəbin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərinin iştirakı ilə 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Hüseyn Bayramovun hesabat məruzəsi dinlənilmişdir:
Nümayəndəlik hesabat dövründə fəaliyyətini Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təstiq edilmiş Əsasnamə ilə verilmiş vəzifə və səlahiyyətlər çərçivəsində həyata keçirmişdir.
Nümayəndəliyin ərazisi Xətai Bələdiyyəsinin bir hissəsini, 36 saylı Xətai dördüncü Seçki Dairəsinin tam ərazisini əhatə etməklə 22,1 kv. km təşkil edir. Ərazidə yaşayan əhalinin sayı 65734 nəfərdir.
Nümayəndiliyin ərazisində rayon MKTB-nin 5 (2, 27, 66, 101, 110), idarə və müəssisələrə məxsus 1 (MN-nin 4saylı MKİS) və 5 xüsusi təyinatlı mənzil-kommunal istismar sahələri (70,118,133,143 və 159 saylı) xidmət göstərirlər.
İnzibati ərazi dairəsində 10 ümumtəhsil tam orta məktəb (27, 55, 56, 58, 59, 63, 147, 165, 194 saylı, H.Əliyev adına Lisey), 7 səhiyyə müəssisəsi (2 və 4 saylı uşaq poliklinikaları, 28 saylı şəhər poliklinikası, 20 saylı Birləşmiş şəhər xəstəxanası, 2 saylı vərəm dispanseri, təcili tibbi yardım stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi) və 9 körpələr evi-uşaq bağçaları (116 və 166 saylı körpələr evi-uşaq bağçaları, Alim Məmmədov adına uşaq bağçası, Elman Məmmədov adına uşaq bağçası, “Günəş” özəl uşaq bağçası və 4 ünvanda yeni istifadəyə verilmiş özəl uşaq bağçası) yerləşir.
Eyni zamanda ərazidə bir sıra respublika əhəmiyyətli təşkilatlar da yerləşir. (Ali Məhkəmə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Bakı Ali Neft Məktəbi,Neft Kimya Prosesləri İnstitutu, Bakı şəhər Baş Polis İdarəsi, Çevik Polis alayı, DİN-nin Miqrasiya xidməti, “Dinamo” İdman cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi, Mərkəzi Neftçilər xəstəxanası, Perinatal Mərkəz, “Azərneftyağ” NEZ, Neft Kəmərləri idarəsi, Azərbaycan Dövlət Neft Şirkətinin nəqliyyat idarəsi, Leyla Şıxlinskaya adına klinika, Əfəndiyev adına xəstəxana, Respublika Narkoloji Dispanseri və Azərbaycan Futbol Federasiyasi Assosiasiyası, Beynəlxalq Boks Federasiyası.)
Hesabat dövründə nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabları ilə iş davam etdirilmiş, yaşayış binaları və fərdi evlərin sayı, texniki vəziyyəti, sakinlər barədə ətraflı məlumatlar toplanmışdır.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri, o cümlədən binaların fasadlarının üzlənməsi, eyvanların məhəccərlərinin dəyişdirilməsi, tikililərin işıqlandırılması, yeni yaşıllıq ərazilərinin yaradılması, Y.Səfərov, A.Cəlilov kimi böyük küçələrin, Nobel, Babək və Xocalı prospektlərinin görkəmini tam dəyişmiş, bu ərazi paytaxtın mərkəzi hissələrindən birinə çevrilmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında olduğu kimi Xətai rayonunun qəsəbə və kəndlərində infrastruktur təminatı o cümlədən yol nəqliyyat infrastrukturu təkmilləşdirilib, əhalinin su, kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq enerji təsərrüfatının yenilənməsi davam etdirilir. Dövlət proqramının icrasına uyğun olaraq Xətai rayonunun bir sıra küçə və prospektlərində enerji təchizatı eləcə də kommunikasiya xətləri dəyişdirilərək yeniləri ilə əvəzlənir.
Rayonun Yusif Səfərov küçəsində yerləşən 35-6 kvt yarımstansiya tikilərək müasir üslubda təmir olunur hal hazırda işlər başa çatdırılmaq üzrədir. Elektrik şəbəkəsi müasir avadanlıqlarla təchiz olunur. Bununla yanaşı Həzi Aslanov və Ağ şəhər yarımstansiyası arasında mövcud olan yüksək gərginlikli elektrik xətləri yeraltı xətlərlə əvəzlənir.
Əhalinin içməli suya olan tələbatının aradan qaldırılması məqsədilə plana uyğun olaraq UPD yaşayış massivi sahəsindəki Süleyman Əhmədov küçəsi boyunca yeni su xətti çəkilib. Burada həmçinin 350 mənzilə müasir tipli sayğaclar quraşdırılıb.
Ümumilikdə 824 metr uzunluğunda su xətti çəkilib. Bu da öz növbəsində sakinləri fasiləsiz içməli su ilə təmin etmək imkanı verir. Nəzərinizə çatdırım ki, ərazidə 73 bina istiliklə təmin olunur, lakin olunmayan binalarda vardır, bunlar Yusif Səfərov 18, Xocalı 11, 9/16, Senyuşkin 2a, 13, 13/6 istiliklə təmin olunmur. Yeni qazanxana tikilməsinə ehtiyac duyulur.
Rayonda görülmüş işlərin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, ötən il cənab Prezident İlham Əliyev rayonumuzda bir sıra obyektlərin açılış mərasimlərində iştirak etmişdir.
Belə ki, ölkə başçısı cənab İlham Əliyev, Mehriban xanım Əliyeva və Leyla Əliyevanın iştirakı ilə açılışı olmuş “Sevirəm” parkı rayonun simasına xüsusi gözəllik bəxş etmişdir. Parkın ümumi ərazisi 3.2 hektardır. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra parkın tikinti işlərinə başlanılmış və ötən ilin sentyabr ayında başa çatmışdır. Ərazisi sonradan münbit torpaqla örtülən parkda 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik Sərv, 12 illik Tuya ağacları əkilib. Parkda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş, “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlər yerləşdirilmişdir. Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir. Məhz bu məzmun zənginliyi parkı ilk gündən sakinlər və qonaqların sevimli məkanına çevirmiş, quraşdırılan əyləncə meydançası və yelləncəklər isə uşaqların sevimli məkanına çevrilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev “Qara Şəhər” kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi.
Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihə çərçivəsində yol və kommunikasiya infrastrukturları da inşa olunmaqdadır. Tikintisi gedən 45 m enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin “Ağ Şəhər”in ərazisinindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Eləcədə Fəzail Bayramovla Yusif Səfərov küçəsi arasinda 4 zolaqlı 2 istiqamətli yolun salınması başa çatmışdır.
Xüsusi Dövlət Proqramı və digər investisiya proqramları əsasında məktəblər, uşaq bağçaları və səhiyyə ocaqları əsaslı təmir olunur və ya yenidən tikilir, təmir olunan hər bir məktəb, uşaq bağçası və səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz olunur. Bütün bunlar isə gənc nəslin yaxşı təhsil almasına, əhalinin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi töhvədir. Tədris sahəsində görülən bütün işlər insan kapitalının daha da inkişaf etdiriliməsi məqsədinə xidmət edir.
Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyirki, bu mühim amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Belə ki, ötən ildə Prezident İlham Əliyev inzibati ərazidə fəaliyyət göstərən 58 №-li tam orta məktəbin binasında əsaslı təmir və yenidən qurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə keçirilməsi üçün hərcür şərait yaradılıb. Məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub.
Məktəb 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. İndi isə yaradılan 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prossesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Ümumiyyətlə, inzibati ərazidə fəaliyyət göstərən bütün məktəblər şagirdlərin yüksək səviyyədə təhsil almasına şərait yaradır. Və bunun da nəticəsidir ki, şagirdlərin ildən ilə nəticələri yüksəlir. Xətai rayon məktəbləri üzrə ali məktəblərə qəbul faizi 70% təşkil etmişdir. Qəbul faizinə görə ərazidə fəaliyyət göstərən 147 saylı Texniki humanitar liseyi 88%, Heydər Əliyev adına lisey 76%, 165 və 27 saylı məktəblərin göstəriciləri 80% yuxarı olmuşdur. 147 saylı Texniki humanitar liseyin müəlliməsi Məmmədova Güntəkin Sabir qızı Tərəqqi medalı ilə, “Heydər Əliyev” adına liseyin müəllimi Mustafaşükür Əli oğlu əməkdar müəllim adına layiq görülmüşlər. Ən yüksək bal isə Heydər Əliyev adına liseyin məzunu Məmmədov Ömər Arzu oğlu 695 bal toplayaraq Bakı Ali Neft məktəbinin tələbəsi olmuşdur. 650 baldan yuxarı nəticə göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və Fəxri fərmanlar verilmişdir.
Şagirdlərin Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə Xətai rayonunda YAP-ın binasında ümumtəhsil məktəblərin şagirdləri üçün açıq dərslər keçirilmişdir. Rayonun orta və ali məktəblərinin peşəkar müəllimlərinin cəlb olunduğu dərslərdə xidməti ərazimizin məktəbləri də iştirak edib. Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən açıq dərslərdə məktəblilər yüksək fəallıq nümayiş etdiriblər. Tədris prosesində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı bilgilər verilmişdir
Dövlət və digər investisiya proqramları çərçivəsində səhiyyə müəssisələri əsaslı qaydada təmir olunur və yaxud yenidən tikilir, hər bir səhiyyə müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Bütün bunlar isə əhalinin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təmin edilməsinə xidmət edir. Nümayəndəliyin ərazisində yerləşən səhiyyə müəssisələrində yaradılan şərait əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.
Hesabat dövründə xüsusi əhəmiyyətə malik və səhiyyə ocaqları tərəfindən uğurla icra olunan tədbirlərdən biri ölkə Başçısının 2016-ci ilin fevral ayının 1-dən may ayının 1-dək vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığıdır. Tapşırığın icrası ilə bağlı operativ tədbirlər görülmüş, nəticə etibarı ilə bu tədbir yüksək mütəşəkkiliklə keçirilmişdir.
Mütəmadi olaraq bütün sahələrin inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər insanlarda dövlət və dövlətçiliyə inam və etibarı artırır, onları daha da həvəslə çalışmağa, ictimai işlərdə daha fəal iştirak etməyə ruhlandırır.
Hesabat ili ərzində nümayəndəlik tərəfindən “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən xidməti ərazi üzrə yaşayış, sosial təyinatlı, təhsil, səhiyyə müəssisələrinin və digər obyektlərin içməli su, qaz, istilik və elektrik enerjisi ilə normal təmin olunması üçün kommunal və xidmət sahələri ilə müntəzəm olaraq əlaqə saxlanmış, prospekt, küçə və meydanların abadlaşdırılması, park-bağların, məhəllədaxili abad həyətlərin salınması və ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş, eyni zamanda vaxtaşırı keçirilmiş iməcliklərdə nümayəndəliyin əməkdaşları yaxından iştirak etmişlər. Nümayəndəliyin ərazisində yerləşən meydançalara MKİS-lər tərəfindən əlavə konteynerlər qoyulmuş, məişət tullantılarının daşınmasına gündəlik nəzarət artırılmış, konteyner meydançalarında cari təmir işləri aparılmış və ərazinin təmizliyi nəzarətdə saxlanılmışdır.
Rayon İcra Hakimiyyətinin keçirdiyi səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırılan məsələlər də həllini tapır. Beləki son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə Xətai rayonu ərazisində yeni yaşıllıq zolaqları, park və meydanlar salınır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyətin” salınması da görülən işlərin tərkib hissəsidir. İnzibati ərazidə Zığ şossesi boyunca yerləşən binaların qarşısında daha bir nümunəvi həyət istifadəyə verilmişdir ki, Ümumi sahəsi 2500 m2 olan nümunəvi park müasir standartlara uyğun şəkildə tikilib. Dövlət başçısının ölkədə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi tapşırıqların icrasına uyğun olaraq nümunəvi həyətlərdə yeni yaşıllıq örtükləri salınıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ atraksionlar quraşdırılıb.
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində referendumda nümayəndəlik yaxından iştirak etmişdir.
Referendumun uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq üzərimizə düşən vəzifələr yerinə yetirilmişdir. Belə ki, 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyasının tabeliyində fəaliyyət göstərən 35 seçki məntəqəsinin ərazisində bütün texniki hazırlıq işləri vaxtında öz həllini tapmışdır
Dairə Seçki Komissiyası və Məntəqə Seçki Komissiyaları yerləşən obyektlərə gedən yollar asfaltlanmış, küçələr işıqlandırılmış, ətraf ərazidə təmizlik və abadlıq işləri aparılmışdır. Hesabat dövründə inzibati ərazidə Kommunal Xidmət Sahələri tərəfindən qəza halları operativ olaraq aradan qaldırılmış, bütün sahələrə diqqət artırılmışdır.
Hesabat ilində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi fikir verilmişdir. Ötən müddət ərzində hərbi xidmətə çağırışla əlaqədar nümayəndəlik tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə yaxından köməklik göstərilmiş və görülmüş tədbirlərin nəticəsidir ki, 2016-ci ildə ərazimizdə yaşayan çağırışçılardan hərbi xidmətdən yayınan və fərari çağırışçılarımız olmamışdır.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısının qeyri yasayıs obyektlerinin sənədlərinin yoxlanılması ilə əlaqədar sərəncamının icrasını təmin etmək məqsədilə mütəmadi olaraq reydlər keçirilmişdir. Keçirilmiş reydlər zamanı ayrı-ayrı ünvanlarda yerləşən idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların, obyekt sahiblərinə edilmiş xəbərdarlıqların, eyni zamanda verilmiş tapşırıqların icra vəziyyətləri yerində yoxlanılmışdır.
Bütövlükdə inzibati ərazidə mütəmadi olaraq obyekt sahibləri ilə bu mövzuda profilaktik söhbətlər aparılır və hazırda bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamışdır. Başçı aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.