Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir

01 fevral 2017 | 11:00

01 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının inzibati binasında Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının birgə təşkilatçılığı ilə “02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, əməkdar məşqçi, olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Rayon İcra Hakimiyyəti başçısı aparatı və Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd etdi ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənlliklə formalaşdırdığı gənclər siyasəti bu gün mahiyət  və keyfiyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin, Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük önəm verdiyi sahədir. Həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın gördüyü işlər danılmazdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, əməkdar məşqçi, olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim Hicran Şərifov gənc idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan bəhs etdi. O həmçinin rəhbərlik etdiyi və Xətai rayonu ərazisində yerləşən “Cəngi” İdman Sağlamlıq Mərkəzinin gənc idmançılarının ölkə idmanının adına qazandırdıqları naliyyətlərdən danışdı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov vurğuladı ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu bü gündə belədir, cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bunun bariz göstəricisidir. Azərbaycan da bu gün gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, buna misal olaraq həyata keçirilmiş dövlət proqramlarını, yaradılmış olan bir sıra qeyri-hökumət təşkilatlarını və ən əsası  cənab Prezidentin şəxsi təşəbbüsü ilə yaradılmış Gənclər Fondunu göstərmək olar.
Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Bağırlı, Heydər Əliyev adın Ali Hərbi Məktəbin kursantı Nadir Quliyev, 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin könüllü gənci Həsənxan Həsənxanlı, qəbul imtahanlarında yüksək bal toplamış rayonun fəal gənci İnqilab Babayev ölkə başçısı tərəfindən gənclər siyasətinə qiymət verildiyini vurğulayaraq bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirdilər.
Sonda bir qrup gənc Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla mükafatlandırıldı.

Keçidlər