Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Kaçalov küçəsində baş vermiş yanğınla əlaqədar hadisə yerində olmuşdur

02 fevral 2017 | 11:00

2 fevral 2017-ci il tarixdə Xətai rayonu, Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən 2 mərtəbəli, 3 girişli, 12 mənzilli evin damında   qısaqapanma nəticəsində yanğın baş vermişdir. Yanğın zamanı binanın 860 m2  olan dam örtüyü yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğın söndürülmüş, xəsarət alan olmamışdır.  Binanın damı yanaraq tamamilə yararsız vəziyyətə düşmüş, 2-ci mərtəbədə yerləşən 6 mənzilin tavan hissələri yanaraq otaqlara böyük həcmdə ziyan dəymişdir. Yanğının söndürülməsi zamanı 1-ci mərtəbədə yerləşən mənzillərə su dolmuşdur. Qeyd olunan bina 1934-cü ildə tikilmişdir. Ümumi sahəsi  768  m2 , yaşayış sahəsi 540 m2-dir. Binada 12 ailədən ibarət 48 sakin yaşayır.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gəlmiş, sakinlərlə görüşmüşdür. Binada mənzillərin vəziyyəti ilə tanış oladuqdan sonra  rayon İcra Hakimiyyətinin başçısı  rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və digər müvafiq xidmət sahələrinin rəhbərlərinə sakinlərin yerləşdirilməsi, otaqlardan xəsarət toxunmamış əşyaların çıxarılmasına və digər zəruri  tədbirlərin görülməsi  üçün  tapşırıqlar vermişdir.

Keçidlər