Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirdi
8.02.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Həsən Salmani küçəsi 1 a ünvanda sakinlərlə görüş keçirdi. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri həmçinin 4 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi və həmin ərazidə yaşayan sakinlər iştirak edirdilər.
Sakinlər onları narahat edən bəzi nöqsan və çatışmazlıqları nəzərə çatdırmış, həmçinin qaz, istilik, işıq, yolların asfaltlanması və s. kimi kommunal, məişət problemlərin aradan qaldırılmasını xahiş etmişlər.
Görüşün sonunda Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.