Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində Tibbi müayinə ilə bağlı müşavirə keçirildi

10 fevral 2017 | 11:00

İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. İlk dəfə Azərbaycanda keçirilən pulsuz aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Burada ən vacib məqam səhiyyə ocaqlarının müasir səviyyədə qurulmasıdır ki, bu da ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir.
Əhalinin sayına görə ən böyük paytaxt rayonu olan Xətai rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. 10.02.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində   əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı müşavirə keçirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, dövlət başçısının tapşırığına əsasən,  Xətai rayonunda yeni səhiyyə ocaqları inşa edilir, mövcud binalar əsaslı şəkildə təmir edilir. Ötən il rayon üzrə 208 min 491 nəfərə tibbi xidmət göstərilib ki, onların da 72,5 faizi tibbi müayinədən keçib. Onlardan 11 min 910 nəfər ambulator, 1155 nəfərinə isə stasionar müalicə tətbiq edilib.
Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. 
Bu ilki aksiyaya bu ilin fevralın 15-də start veriləcək. Rayon İcra Hakimiyyəti aparatının  şöbə müdiri Pənah İmanovun çıxış edərək bildirdi ki,  rayon əhalisinin demoqrafik artımı nəticəsində bu il xidmət göstərilən əhalinin sayı 212 min 473 nəfərə çatıb. Əhalinin cari ildə yenidən aksiyaya cəlb edilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir.
Tədbirdə çıxış edən səhiyyə ocaqlarının rəhbərləri, rayon ziyalıları sakinlərin aksiyada fəal iştirakının vacibliyini bir daha diqqətə çatdırıblar.   Sonda həkimlərin təklifləri dinlənildi, mövcud problemlərlə bağlı məsələr müzakirə edildi.

Keçidlər