Şriftin ölçüsü :

Saytın rəngi :

CƏNAB PREZİDENTİN TAPŞIRIĞINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR

11 fevral 2017 | 11:00

10 fevral 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində keçirilmiş  toplantıda “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş geniş müşavirədə qeyd olunanlar müzakirə edilmişdir.
        Rayonun xidmət sahələrinin, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyələrinin rəhbərləri və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  Bakı şəhər İcra Hakimiyyətində keçirilən geniş müşavirə haqqında məlumat verərək bildirdi ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tövsiyə və tapşırıqları  çatdırılmışdır. 
        Rayon ərazisində qeyri – qanuni torpaq zəbtetmələri, qanunsuz tikintilərlə mübarizə, ərazidə sanitar-təmizlik işlərinin aparılmasını vurğulayan icra başçısı bildirdi ki, bu problemlərlə bağlı Xətai rayonu Enerji təchizatı və satışı idarəsi, Azərsu ASC Xətai şöbəsi və Qaz İstismarı sahəsinin, rayon Bələdiyyələri, rayon MKTB, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərləri və məsul işçiləri öhdələrinə düşən vəzifələrini dərk etməli, məsuliyyətlərini daha da artırmalıdırlar.
      Eləcə də rayon ərazisində sanitar-təmizlik, abadlıq-quruculuq işlərinin gücləndirilməsi, mütəmadi olaraq iməciliklərin keçirilməsi tapşırıldı.

Keçidlər