Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

06 aprel 2013 | 10:00

05 aprel 2013-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  9 nömrəli  Uşaq poliklinikasında görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, digər tibb müəssisələrinin rəhbərləri və kollektiv üzvlərinin iştirak etdiyi tədbirdə Xətai rayon Qadınlar şurasının sədri Aidə Hüseynzadə Zərifə Əliyevanın ömür yolu və fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış etdi. Poliklinikanın həkimləri, həkim-oftalmoloq Tünzalə Vəliyeva və pediatr Afət Hüseynova çıxış edərək Zərifə xanım Əliyevanın peşəsinə və qadınlıq missiyasına fədakarlıqla yanaşmasının, onu zirvələrə qaldırmasından və Azərbaycan qadınlarının simvoluna çevrilməsindən danışdılar.
        Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Kamranİsmayılov yekunda tədbir iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov cənablarının salamlarını çatdırdı və belə tədbirlərin rayonun bütün müəssisələrində geniş formada keçirilməsini vurğuladı.
       Sonda 10 nömrəli Qadın məsləhətxanasının baş həkimi Gülnarə İbrahimova tərəfindən hazırlanmış Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş slayd-film nümayiş olundu.

Keçidlər