Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

16 fevral 2017 | 11:00

16 fevral 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25 –ci ildönümünə hazırlıqla bağlı müşavirə keçirilib.

     Tədbirdə rayonun xidmət sahələrinin, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyələrinin rəhbərləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  bildirib ki,  xalqımızın qan yaddaşı olan Xocalı soyqırımından 25 il ötür. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımı”nın 25-ci ildönümünün keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, Xətai rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb.  Hər il olduğu kimi  bu il də soyqırıma həsr olunmuş abidə kompleksində və abidənin yerləşdiyi park xiyabanda abadlıq işləri aparılır. Faciə haqqında məlumatların və fotoşəkillərin əks olunduğu və  soyqırımın 25 illiyinə həsr edilmiş xüsusi bukletlər  hazırlanmışdır. Parkın ərazisində əkilmək üçün 100 mindən çox   gül və bəzək kolu tədarük edilmişdir. Bu günlərdə   parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri  boyunca yeni yaşıllıq örtüyünün salınmasına və gül kollarının  əkilməsinə başlanılacaqdır. 

Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında abadlıq işləri həyata keçirilir.  Parkın ətrafı Azərbaycanın milli memarlıq nümənələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub.  Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan  “Vətən harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Keçidlər