Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilmişdir

20 fevral 2017 | 11:00
20 fevral 2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir. Qəbulda ümumilikdə 20 vətəndaş iştirak etmişdir.

Müraciət edənlərdən Adilə Yusifova, Bəyməmməd Ağaməmmədov, Pakizə Məcidova, Maral Əliyeva, Səməd Hüseynov, Şahlar Qurbanov, Məhəmmədəli Şirməmmədov, Natavan Quliyeva  və digər vətəndaşlar tərəfindən əsasən, sosial, kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində söküntü və fərdi yaşayış evlərinin köçürülməsi məsələri ilə bağlı müraciətlər dinlənilmişdir. Söküntü və köçürülmə ilə bağlı mövcud qanunvericilik barədə sakinlərə maarifləndirici məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.

Həmçinin, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu bildirərək təmir-bərpa işlərinin aparılması ilə bağlı köməklik isyəyən sakin Qonçə Musayevanın evinin təzədən tikilməsi üçün qərar verilmiş, ailəyə maddi yardım olunmuşdur.

Yaşayış sahəsi ilə təmin olunması ilə bağlı müraciət edən, və hazırda güzəştli mənzil növbəsində olan rayon sakini Aygün Məmmədovaya müvafiq izahat verilmiş, bu məsələ ilə bağlı aidiyyatı təşkilatlara məktub ünvanlanmışdır. 

Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.  

Keçidlər