Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilir

20 fevral 2017 | 11:00

Xətai rayon icra hakimiyəti Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq, rayonun bir sıra təhsil ,səhiyyə,mədəniyyət müəssisələrində faciə qurbanlarının xatirəsi yad edilir.

    265 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva faciənin tarixindən danışıb. Bildirib ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror kimi kimi daxil olub. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır.    

 Digər çıxışçılar   əlavə ediblər ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.    

Tədbirin sonunda  şagirdlərin ifasında ədəbi- bədii kampazisiya nümayiş etdirilib.    

59 saylı orta məktəbdə də bu münasibətlə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır.

Tədbirin sonunda faciənin tarixindən bəhs edən  ədəbi-bədii kampazisiya nümayiş olunub.

 

 

Keçidlər