Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

23 fevral 2017 | 11:00

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan park abadıaşdırılmış, parkda müxtəlif naxış formalarını özündə əks etdirən   100000 gül-çiçək və 5000-dən artıq bəzək kolu əkilmiş, yaşıllıq örtüyü salınmışdır. Xətai rayonunda bu mühüm tədbirin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşılır və bütün hazırlıq işləri  birbaşa rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun nəzarəti altında həyata keçirilir.

Xocalı prospektində və Y.Səfərov küçəsi boyunca binaların fasadlarında cari təmir işləri görülmüş, parkın ətrafı Azərbaycanın milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunmuşdur. Parkda mövcud olan besetkalar, oturacaqlar, işıq dirəkləri  rənglənmişdir. Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında  tərtibat işləri çərçivəsində 9000 kv.m-lik banner  vurulmuşdur.   Xocalı prospekti boyunca avtomobil yollarında  cari təmir işləri görülmüş, 150-200 kv.m sahəyə yeni asfalt örtüyü çəkilmişdir. Ümumilikdə, 5000 pm sahəyə nizamlayıcı yol xətləri çəkilmişdir.

Hazırda parkda bu istiqamətdə işlər davam etdirilir.

 

Keçidlər