Xətai rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilir
23.02.2017-ci il tarixdə H.Əliyev adına liseydə keçirilən tədbirdə çıxış edən Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva faciənin tarixindən danışıb. Bildirib ki, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror kimi kimi daxil olub. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır.
Digər çıxışçılar əlavə ediblər ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbi- bədii kampazisiya nümayiş etdirilib.