Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
18.04.2013-cü il tarixdə Xətai rayonu 116 saylı orta ümumtəhsil məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yübileyi münasibətilə tədbir keçirilib.İştirakçılar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov, Bakı şəhəri üzrə təhsil idarəsinin rəis müavini Məhəmməd Bayramov və digərləri dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıblar. Bildirilib ki, Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Tədbirin sonunda şagirdlərin ifasında Ulu öndərin həyat və faəliyyətinin əks etdirən şerlər,səhnəciklər,müsuqilər səsləndirilib.