Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

02 mart 2017 | 11:00
 

02.03.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov müşavirədə “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işlərinin ikinci mərhələsinin başlanmasına göstəriş verdi. Bildirildi ki, layihə çərçivəsində  ikinci mərhələdə 200-dən artıq fərdi yaşayış evinin və bir neçə qeyri yaşayış obyektinin söküntüsünün  həyata keçirlməsi nəzərdə tutulur. Rayon İcra Hakimiyyətinin başçısı söküntüsü nəzərdə tutulan evlərin sakinlərinə təzminat ödənilməklə köçürülmə işlərinin  qanunamüvafiq formada aparılması, görülən işlərin vətəndaş məmnunluğu çərçivəsində icra edilməsinin vacibliyini vurguladı.

Həmçinin, rayon ərazisində qeyri-qanuni tikintilərin qarşısının alınması, pilot layihə çərçivəsində qəzalı, rayonun  xarici görünüşünə xələl gətirən binaların yerində müasir çoxmənzilli, çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikintisi, təmir olunması nəzərdə tutulan 7 binada aparılan işlərin vəziyyəti geniş müzakirə olundu. Aparılan müzakirələr çərçivəsində   Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən, 2 fevral 2017-ci il tarixdə damında yanğın baş vermiş binanın  da təmir-bərpa işlərinin sürətləndirilərək yekunlaşdırılması ilə bağlı göstəriş verildi.

Müşavirədə yerlərdə vətəndaşların qəbullarınun təşkili, onların müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılması və təkmilləşdirilməsi, kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi addımlar atılmasının vacibliyi vurgulandı, qaldırılan məsələlərlə bağlı aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər