Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edəcək məktəblilər və oların valideynləri ilə görüş keçirildi

03 mart 2017 | 11:00
3 mart 2017-ci il  tarixdə Xətai rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi altında keçirilən altıncı  tur aksiyada iştirak edəcək məktəblilər, onların valideynləri və məktəb direktorları ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  qeyd etmişdir  ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, bu layihə çərçivəsində ölkə məktəbliləri   Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər.  9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” tur-aksiyaları mart ayının 16-19-da Naxçıvan Muxtar Respublikası istiqamətində keçiriləcəkdir. Tur-aksiyada 27 şagird və onlara məsul olan  bir rayon İcra Hakimiyyətinin nümayəndəsi, 1 müəllim və   bir həkim olmaqla 3 tur rəhbəri iştirak edəcək.

Jalə Abdıyeva  bu aksiyanın Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdığını və hər kəs tərəfindən bəyənildiyini vurğulayaraq bildirdi ki,  “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Sonda tur-aksiya rəhbərlərinə müvafiq tövsiyyələr  verildi.

 

 

Keçidlər