Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

06 mart 2017 | 11:00

6 mart  2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir. Qəbulda ümumilikdə 15 vətəndaş iştirak etmişdir.

Müraciət edənlərdən Xaləddin Məmmədov, Zöhrə Məhərrəmova, Elxan Məhərrəmov, Gülnaz Hüseynova, Tamella Rüstəmova, Zaur Quliyev, Eldar Qəmbərov  və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal məsələr ilə bağlı müraciətlər dinlənilmişdir.  

Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.

Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.  

 

 

Keçidlər