XƏTAİ RAYONUNDA ƏHALİ İCBARİ TİBBİ MÜAYİNƏDƏN KEÇİR
Dövlət başçısının ölkə vətəndaşılarının icbari tibbi müayinədən keçirilməsi üçün verdiyi tapşırıqlar Xətai rayonunda uğurla həyata keçirilir. Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya əhalinin tibbi müayinəyə cəlb edilməsi üçün müvafiq işlər görür.
Xətai rayonundakı 28 saylı Şəhər Poliklinikasında rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat nümayəndələri və sakinlər tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər. Əhalinin mütəşəkkil surətdə tibbi müayinədən keçməsi isə işin yüksək səviyyədə təşkilindən xəbər verir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. Əhalinin icbari tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.