XƏTAİ RAYONUNDA "NARKOMANİYA-CƏMİYYƏT ÜÇÜN BÖYÜK TƏHLÜKƏDİR" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
06.03.2017-ci il tarixdə YAP Xətai rayon təşkilatının inzibati binasında "Narkomaniya-cəmiyyət üçün böyük təhlükədir" mövzusunda konfrans keçirilib. Konfransda əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə marifləndirmə işinin artırılmasıdır.
Çıxış edən Xətai rayon icra hakimiyyətinin şöbə müdiri, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə" rayon komissiyasının sədr müavini Pənah İmanov diqqətə çatdırdı ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Rayon ərazisində həyata keçirilən işlərə gəlincə, hazırda bu istiqmətdə əsasən orta təhsil müəsisələrində maarifləndirmə işləri həyata keçirilir, şagirdlərə narkotik vasitələrin törədikləri fəsadlar barədə geniş mühazirələr deyilir.
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə" dövlət komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev çıxış edərək bildirdi ki, hazırda ölkə üzrə 29 mindən çox insan rəsmi qeydiyyatdadır.Bu sahədə işlərin daha da gücləndirilməsi məqsədilə hazırlannan 4-cü dövlət proqramının icrası davam edir.
Respublika narkoloji dispanserin nümayəndələri, QİÇS-lə mübarizə mərkəzinin, hüquq-mühafizə orqanalrının əməkdaşları, ekspertlər də öz çıxışlarında bildirdilər ki, ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də, içtimaiyyətin rolu böyükdür.