Şriftin ölçüsü :

Saytın rəngi :

Xətaİ rayonunda “Azərbaycan İctmaİyyətİndə İslam Həmrəylİyİ” mövzusunda maarİfləndİrİcİ tədbİr keçİrİlİb

09 mart 2017 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın 2017-ci il iş və tədbirlər planına əsasən, mart ayının 9-da 27 nömrəli tam orta məktəbdə Azərbaycan İctmaiyyətində İslam Həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov “İslam həmrəyliyi ili” çərçivəsində 2017-ci ildə Xətai rayonunda keçiriləcək tədbirlər və görüləcək işlər barəsində məlumat vermiş,  həmçinin qeyd etmişdir ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran Respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan cənab  Prezident İlham Əliyevinin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Tədbirdə Bakı şəhəri  üzrə Təhsil İdarəsinin Məktəbdənkənar işin təşkili sektorunun müdiri Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Vasif Musayev və 27 nömrəli tam orta məktəbin direktoru Cəmilə Ramazanova çıxış etmiş, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkmiş, bu sahədə yeniyetmə və gənclərə dəyərli tövsiyələrini vermişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər