Şriftin ölçüsü :

Saytın rəngi :

NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNIN BAŞÇISI RAYONDAKI YARMARKADA OLMUŞDUR

11 mart 2017 | 11:00

Martın 11-da Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Novruz bayramı ərəfəsində əhalinin kənd təsərrüfatı məhsullarına təlabatının artması ilə bağlı rayonun Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirib. Satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti, satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.

Yarmarkaya əsasən, Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. gətirilir. Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların  qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Nəzarət tərəzisi qoyulub, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilib.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov müvafiq şəxslərə yarmarka ərazisinin təmiz saxlanılması, qiymətlərin göstərilməsinə nəzarətin həyata keçirilməsi, maşınların yarmarka ərazisində maneçilik törətməməsi üçün müvafiq tədbirlərin görülməsi  və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verib.

Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Sakinlər də etiraf ediblər ki, Xətai rayonundakı yarmarkanın ərazisi  şəhərdəki digər yarmarkalardan daha geniş, məhsulların çeşidinə görə daha zəngindir. Sakinləri həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, bu qayğıya və belə bir imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıq ifadə ediblər.

Məlumat üçün bildirik ki, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə martın 16-dan 19-dək fasiləsiz olaraq 4 gün müddətində bayram yarmarkaları keçiriləcək.

Keçidlər