XƏTAİ RAYONUNDA NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ABADLAŞDIRMA VƏ TƏMİZLİK İŞLƏRİ DAVAM ETDİRİLİR
Ərazidə yaşayan vətəndaşlarla aparılan söhbətlər zamanı bina sakinləri ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt edilərək hasarlanan bostanların ətrafında yaranan antisanitariya və çəpərlənmiş sahələrin ümumilikdə əhalinin rahat gediş-gəlişinə maneçilik törətməsi ilə bağlı çoxsaylı şikayətlərini bildiriblər.
Bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb.
Eyni zamanda qurumuş ağacların ərazidən götürülməsi, qoca ağacların budanması işləri həyata keçirilib.
Rayonda gedən abadlıq, təmizlik işlərini daim nəzarətdə saxlayan rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov işlərin gedişatını izləyib, aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
Hazırda ərazidə texnikalar işləyir, abadlıq-təmizlik işləri davam etdirilir.