Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA NOVRUZ YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI

16 mart 2017 | 11:00
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında bayram yarmarkası fəaliyyətə başlayıb. Səhər saatlarında rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev yarmarkada olublar.

Bayram yarmarkasına gələn rəsmilər satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti, satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.

Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından gətirilən     məhsullarla yanaşı bayram yarmarkasında müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunmuşdur. Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların  qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Kənd təsərrüfatı məhsullarının bir cərgə boyu yerləşdirilərək sakinlərin rahatlığı təmin edilmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmış, giriş və çıxışlarda 2 ədəd nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir. Həmçinin, yarmarkada bayram  əhval-ruhiyyəsi yaradılmış, novruz atributları ilə bəzədilmiş,  bayram günlərində alış-veriş etməyə gələn sakinlərdə xoş ovqat yaradılması məqsədilə milli müsiqiçilər dəstəsinin iştirakı təmin edilmişdir.

Sakinlər aparılan söhbət zamanı Xətai rayonundakı yarmarkanın ərazisi  şəhərdəki digər yarmarkalardan daha geniş, məhsulların çeşidinə görə daha zəngin olduğunu vurğulayıblar. Həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini bildirmiş, bu qayğıya və bu imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov müvafiq şəxslərə yarmarka ərazisinin təmiz saxlanılması, maşınların yarmarka ərazisində maneçilik törətməməsi üçün müvafiq tədbirlərin görülməsi  və digər məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar vermişdir.

Sakinlərin diqqətinə çatdırırıq ki, bayram yarmarkası martın 16-dan 19-dək fasiləsiz olaraq 4 gün müddətində fəaliyyət göstərəcək.

Keçidlər