Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Xətai rayonunda müşavirə keçirilmişdir

17 mart 2017 | 11:00

9 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Xətai  rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri,  rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər  xidmət idarələrinin rəhbərləri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin Xətai rayonu üzrə nümayəndələri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov çıxış edərək bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin  daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən olmuşdur və hazırda bu sahədə qətiyyətli addımlar atılır. Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən  qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev də bu xətti uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən düşünülmüş dövlət siyasəti, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində artıq bu qəbildən olan insanların çoxu hər cür infrastruktura malik mənzillərlə təmin olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması bu məsələnin dövlət siyasətimizin əsasını təşkil etdiyinin göstəricisidir.

Müşavirədə  Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri Faiq Əliyev, Ağdam İcra Hakimiyyətinin Xətai rayon üzrə nümayəndəsi Məlahət Aslanova, Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Əli Kazımov, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi Malik Bababyev, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Fizuli rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənarə Hacıyeva   çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və  Azəbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. Məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin mənzil - məişət şəraitləri barədə geniş məlumat verərək görülmüş işlər barədə müşavirə iştirakçilarını məlumatlandırdılar. Həmçinin, onların gündəlik qayğılarına diqqət və həssaslıqla yanaşdıqlarına görə rayon rəhbərliyinə təşəkkür etdilər.   

Daha sonra qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması,  problemlərinin həll olunması istiqamətəndə ardıcıl həyata keçirilən tədbirlərdən danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. səslənən məsələlər ətrafında müzakirələr aparılmış və təkliflər irəli sürülmüşdür. 

Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov  müşavirəyə yekun vuraraq aidiyyəti qurumlara və şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir.

Keçidlər