Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir

17 mart 2017 | 11:00
İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində  Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri 17.03.2017-ci il tarixdə rayondakı 3 saylı uşaq evində olublar.

İnternat evinin sakinlərini bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyəti başçısının müaviniJalə Abdıyeva bildirib ki, bayram ərəfəsində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənliklər təşkil edilir. Vurğulandı ki, Novruz bayramının dövlət səviyyəsində qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, şeirlər, musiqilər, Novruz  adət-ənənələrindən bəhs edən səhnəciklər nümayiş olundu. Uşaq evinin direktoru Məhbubə Hüseynovagöstərilən qayğıya görə bütün kollektiv adından Ölkə Başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra uşaqlara bayram sovqatı,   bayram şirniyyatları ilə bəzədilmiş xonçalar təqdim edildi.

Bayram tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin nümayəndələri aprel şəhidləri Təbriz Musazadə və   Rəşad  Niftəliyevin  ailələrini ziyarət etdilər. Şəhidlərimizin valideynləri ilə söhbət zamanı vurgulandı ki, hər bir azərbaycanlı Təbriz və Rəşad kimi vətən oğulları ilə fəxr edir və   əmindir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında onların qisası alınacaq . Şəhidlərin valideynləri  də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirdilər.

 Görülən tədbirlər çərçivəsində  rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan kimsəsiz, ahıl, tənha insanlara bayram sovqatları paylanılmış,  maddi yardım edilmiş, bir neçə əlil sakin evlərində ziyarət edilərək bayram sovqatları təqdim olunmuşdur.

Keçidlər