Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Xətai məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfəri uğurla başa çatdı

19 mart 2017 | 11:00
16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşən Xətai  məktəblilərinin  səfəri başa çatıb.    

Tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan, Ordubad, Culfa, Şahbuz rayonlarında olub, bölgənin tarixi, füsunkar təbiəti, maddi-mədəni abidələri, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən muzeyləri,  qədim tarixə malik olan məkanları, coğrafiyası, turizm obyektləri,  habelə müasir inkişafı barədə ətraflı məlumatlar əldə ediblər. Səfər zamanı şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecələr təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən Xətai məktəbliləri Naxçıvan Muxtar Respublikasından  xoş təəssüratlarla ayrılıblar.

 

 

 

Keçidlər