Şriftin ölçüsü :

Saytın rəngi :

PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN MİLLİ QƏHRƏMAN ÇİNGİZ QURBANOVUN AİLƏSİNƏ VERİLMİŞ MƏNZİL TƏMİRDƏN SONRA ONUN AİLƏ ÜZVLƏRİNƏ TƏQDİM OLUNMUŞDUR

27 mart 2017 | 11:00

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə  verilmiş 3 otaqlı  mənzildə təmir və təchizat  işləri tam başa çatdırılaraq  onun ailə üzvlərinə təqdim olunmuşdur.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov mənzilə gələrək Milli Qəhrəmanın ailə üzvləri ilə  görüşmüşdür.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə  verilmiş 3 otaqlı  mənzil yüksək zövq və keyfiyyətlə tam təmir edilmiş,  məişət avadanlıqları, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan, qabyuyan maşınla  təchiz olunmuşdur.

Şəhidin atası Salman Qurbanov və digər ailə üzvləri göstərilən  yüksək diqqət və dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab  İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuşdur. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyati dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınmışdır. 

2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra"Azərbaycanın Milli Qəhrəmanı"adına layiq görülmüşdür.

 

 

Keçidlər