Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai və Əhmədli bələdiyyələrində olmuşdur

27 mart 2017 | 11:00

      Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi və digər məsul şəxslərin iştirakı ilə Xətai və Əhmədli Bələdiyyələrində olub.

Bələdiyyələrin yerləşdikləri inzibati binalarda bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının iş otaqları, iş şəraiti, ümumilikdə, qurumun fəaliyyəti ilə maraqlandıqdan sonra, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə görüş keçirildi. Məlumat verildi ki, Xətai rayonu Xətai bələdiyyəsinin 19, Əhmədli bələdiyyəsinin isə 13 üzvü var. Xətai bələdiyyəsində 17 nəfər icra aparatının işçiləri, 19 nəfəri isə xidməti müqavilə əsasında fəaliyyət göstərən vergi agentləridir.  Əhmədli bələdiyyəsində 13   bələdiyyə üzvü, 13 bələdiyyə işçisi və vergi agenti fəaliyyət göstərir. Hər iki  bələdiyyə icarəyə götürülmüş qeyri-yaşayış sahələrində fəaliyyət göstərir. Görüşdə təklif olundu ki, hər iki bələdiyyə üçün yeni inzibati binalar tikilsin.  Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov bildirdi ki, Dövlət Başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bütün ölkədə müxtəlif layihələr, dövlət proqramları həyata keçirilir. Bakı şəhərində, eləcə də, Xətai rayonunda yeni infrastrukturun yaranması, insanlarımızın rifah halının yaxşılaşdılrılması üçün mühüm işlər görülür. Rayon ərazisində mütəmadi aparılan abadlıq- quruculuq və yenidənqurma işləri də bu layihələrin tərkib hissəsidir. Bu işlərin həyata keçirilməsində, insanlarımızın rahatlığını, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün bələdiyyə qurumları da çalışmalı, rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyət göstərməlidir. Çünki dövlət orqanı olaraq rayon İcra Hakimiyyətinin də, özünüidarəetmə qurumu olaraq bələdiyyələrin də əsas vəzifəsi insanlarımızın rifah halının yaxşılaşdırılmasına, sakinlərin üzləşdiyi problemlərin aradan qaldırılmasına vaxtında və operativ reaksiya vermək və xidmət göstərməkdir.  Ona görə də bundan sonra da hər iki qurum birgə fəaliyyətini davam etdirməli, müxtəlif sosial-mədəni layihələr və digər tədbirlər həyata keçirməlidir. Bütün bu işlərin həyata keçirilməsi  üçün də əlbəttdə ki, normal iş şəraiti yaradılmalıdır.

      Keçirilən görüşlərdə hər iki bələdiyyə üçün ərazilərində inzibati binaların tikilməsi haqqında qərar qəbul edildi və işlərə başlanması üçün müvafiq tapşırıqlar verildi.

Keçidlər