Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində müasir tipli yeni uşaq bağçasının tikintisi davam edİr

27 mart 2017 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.

Xətai rayonu, Əhmədli qəsəbəsi və ona yaxın olan    ərazilərdə yaşayan sakinlərin çoxsaylı müraciətlərini və  həmin ərazidə əhali sıxlığını nəzərə alaraq, Xətai rayon İcra Hakimiyyəti tərəfindən Xudu Məmmədov küçəsi 6 saylı ünvanda müasir tələblərə cavab verən 120 yerlik körpələr evi-uşaq bağçasının  tikintisinə başlanılmışdır.

Tikinti sahəsində olan rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri,  rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi və digər məsul şəxslərin iştirakı ilə  işlərin gedişatına  yerində baxış keçirmişdir. Məlumat verilmişdir ki, hal-hazırda bağça binasının 1-ci mərtəbəsində beton quraşdırma işləri yekunlaşmış, ikinci mərtəbədə  tikinti işləri davam etdirilir.   Sakinlərlə  söhbət zamanı  İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar minnətdarlıq bildirilmiş,  həmçinin, sakinlər bu müasir tipli uşaq bağçasının tikintisinin sürətləndirilməsini və tez bir zamanda  vətəndaşların istifadəsinə verilməsini xahiş etmişlər.

Keçidlər