Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb müəssisəsində olan rayon İcra Hakimiyyətinin başçısı müayinəyə gələn sakinlərlə görüşmüşdür

28 mart 2017 | 11:00
Əhmədli qəsəbəsində yerləşən 22 saylı Birləşmiş Şəhər Xəstəxanası Dövlət başçısının xüsusi sərəncamı ilə yenidən inşa olunmuş müasir tibb müəssisələrindəndir. Xəstəxana hazırda 14000 qəsəbə sakininə xidmət göstərir.

Ölkə başçısının tapşırığına uyğun olaraq, 2017-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Xətai rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Rayonda tibbi müayinənin keçirilməsi üçün  işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. 22 saylı Birləşmiş Şəhər Xəstəxanasına gələn rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tibbi müayinə aksiyasının gedişi ilə də maraqlanmışdır. Bildirilmişdir ki, builki aksiya çərçivəsində xəstəxanada  2225  nəfər icbari tibbi  müayinəyə cəlb olunmuşdur. 25 çarpayılıq tibb müəssisəsi gələcəkdə daha çox sayda əhaliyə xidmət göstərmək imkanlarına malikdir.  Xəstəxanada yaradılan şəraitlə və tibbi müayinənin keyfiyyəti ilə tanış olan cənab Razim Məmmədov müayinəyə gələn rayon sakinləri ilə də söhbət etmişdir. O bildirmişdir ki, Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda,  ümumiyyətlə, butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.

Aksiyada iştirak edən sakinlər ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikadakı həkim heyəti və burada yaradılan şəraitdən razılıq etmişlər.  Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarınıı bildirmişlər.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

Keçidlər