Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

30 mart 2017 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, Qaçqın və məcburi köçkünlərlə üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri, rayon Gənclər və İdman idarəsinin rəisi, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi iştirak etmişlər.

Müşavirədə cari məsələlərin müzakirəsi ilə yanaşı  ötən il məlum aprel hadisələri zamanı  qoşunların təmas xəttində erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatın qarşısını alan  zaman şəhid olan Xətai rayon sakinləri  mayor Təbriz Musazadə, əsgər Xaliq Əzizzadə və əsgər Rəşad Niftalılının il mərasimlərinin keçirilməsi haqqında danışıldı.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki,aprel hadisələri zamanı Azərbaycan əsgərinin göstərdiyi şücaət, qəhrəmanlıq bir daha sübut etdi ki, Ordumuz hər an, hər zaman öz torpaqlarını düşmən tapdağından azad etməyə hazırdır.   Bu döyüşlərdə igidlik göstərən vətən oğulları dövlətimiz, vətəndaşlarımız  tərəfindən hər an diqqətlə anılır, xatırlanır. Məlumat verildi ki, bu günlərdə şəhidlərimizin il mərasiminin keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən hazırlıq işlərinə başlanılmışdır. Cənab Razim Məmmədov il mərasimlərinin yüksək səviyyədə  təşkili, eləcə də, mərasimə gələn qonaqların   qarşılanması və yola salınması ilə bağlı bütün  lazımi tədbirlərin görülməsi haqqında müvafiq tapşırıqlar verdi.

Müşavirədə həmçinin, keçiriləcək ümumrayon iməciliyi, Xudu Məmmədov küçəsi 6 saylı ünvanda tikilməkdə olan  120 yerlik körpələr evi-uşaq bağçasında və  “Ağ şəhər” layihəsi çərçivəsində köçürülmə və söküntü işlərinin vəziyyəti, pilot layihə çərçivəsində qəzalı, rayonun  xarici görünüşünə xələl gətirən binaların yerində müasir çoxmənzilli, çoxmərtəbəli yaşayış evlərinin layihələndirilməsi və tikintisi, Xətai və Əhmədli bələdiyyələri üçün yeni inzibati binaların tikilməsi,  Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən, 2 fevral 2017-ci il tarixdə damında yanğın baş vermiş binanın  da təmir-bərpa işlərinin sürətləndirilərək yekunlaşdırılması ilə bağlı müvafiq göstərişlər verildi.

Keçidlər