RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN APREL ŞƏHİDLƏRİNİN İL MƏRASIMLƏRİ KEÇİRİLİR
Cənab Razim Məmmədov və digər qonaqlar şəhid Təbriz Musazadənin xəstə olan atası Tariyel Musayevi evində ziyarət ediblər.
Mərasimdə Ordumuzun rəşadətindən, əsgərlərimizin igidliyindən danışılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Təbriz Musazadənin atası Tarıyel Musayev başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, rayon İcra Hakimiyyətinə, eləcə də bütün mərasim iştirakçılarına, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Musazadə Təbriz Taryel oğlu Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Şəhidlik zirvəsinə ucalan mayor Təbriz Musazadə 1981-ci ildə Gürcüstanın Dımanisi rayonunda anadan olmuşdur, orta məktəbi Xətai rayonunda 165 saylı orta məktəbdə bitirən şəhidimiz 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən şəhid pilot Təbriz Musazadə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Digər şəhidimiz isə Əsgər Müşviq Arif oğlu Orucov cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 2-dən 3-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuşdur. Müşviq Orucov 1994-cü ildə Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olunmuşdu.
Qeyd edək ki, otən il məlum aprel hadisələri zamanı Xətai rayonunun sakinləri- Təbriz Musazədə, Rəşad Niftalılı, Xalıq Əzizzadə, eləcə də, Xətai rayonu ərazisində məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkün Müşfiq Orucov şəhid olmuşlar.
ALLAH rəhmət eləsin!