Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda aprel şəhidi Rəşad Şakir oğlu Niftalılının il mərasimi keçirilib.

03 aprel 2017 | 11:00
 03.04.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən il mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov, Müdafiə Naziliyinin nümayəndələri, rayonun müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasimdə Ordumuzun rəşadətindən, əsgərlərimizin igidliyindən danışılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Rəşad Niftalılının atası  Şakir Niftalıyev başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinə, Müdafiə Nazirliyinə, rayon İcra Hakimiyyətinə, eləcə də bütün mərasim iştirakçılarına, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhidimiz  Rəşad Şakir oğlu Niftalılı 1993-cü ildə Zəngilan rayonunda anadan olub. Xətai rayonu 64 saylı orta məktəbi bitirib.  Gəncə Texnologiya Universitetində təhsil alıb.  Ali məktəbi bitirdikdən sonra 2015-ci ildə Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Seysulan məntəqəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə görə” III dərəcə  medalı ilə təltif olunub.

ALLAH rəhmət eləsin!

 

Keçidlər