XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Müşavirədə Xətai və Əhmədli bələdiyyələri üçün yeni inzibati binaların tikilməsi, Kaçalov küçəsi 18 saylı ünvanda yerləşən, 2 fevral 2017-ci il tarixdə damında yanğın baş vermiş binanın təmir-bərpa işləri, Xudu Məmmədov küçəsi 6 saylı ünvanda tikilməkdə olan 120 yerlik körpələr evi-uşaq bağçasında və “Ağ şəhər” layihəsi çərçivəsində köçürülmə və söküntü işlərinin vəziyyəti, pilot layihə çərçivəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi, işlərinin sürətləndirilərək yekunlaşdırılması ilə bağlı müvafiq göstərişlər verildi.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən, səyyar qəbulların təşkili və sakinlərin qaldırdıqları məsələlərin həllinə, rayon İcra Hakimiyyətinə edilən vətəndaş müraciətlərinə xüsusi həssaslıq və diqqətli yanaşmanın vacibliyindən danışdı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.