XƏTAİ RAYONUNDA APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “QƏLƏBƏYƏ APARAN YOL” ADLI TƏDBİR KEÇİRİLDİ
18 aprel 2017-ci il tarixdə Xətai rayonundakı 221 nömrəli tam orta məktəbdə şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması məqsədi ilə “Qələbəyə aparan yol” mövzusunda tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdirinin müavini Məhəmməd İbrahimov, Qarabağ müharibəsi veteranları, ehtiyatda olan zabitlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin müəllimi Rəşad Bədəlov tərəfindən hazırlanan tədbir 2016-cı ilin məlum aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdu. Tədbirdə Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan əsgər və zabitlərinin foto şəkilləri nümaiş etdirildi və onların əziz xatirəsi hörmətlə yad edildi.
Tədbirdə çıxış edənlər Ölkə Prezdenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin “Qələbəyə aparan yol”un başlanğıcı olduğu fikri bir daha vurğuladılar.
Məktəb şagirdlərinin döyüş səhnələrini əks etdirən çıxışları, söylədikləri vətənpərvəlik ruhlu şeirlər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Tədbir çərçivəsində Aprel döyüşlərinə həsr olunmuş film nümaiş etdirildi.