Şriftin ölçüsü :

Saytın rəngi :

98 saylı məktəbdə “Şuşa İli” ilə bağlı tədbir keçirildi

06 dekabr 2022 | 11:27

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı ölkənin hər yerində tədbirlər təşkil olunur. Bu tədbirlər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşanın mədəniyyətini, tarixini tanıtmaq, yeni nəslə dəyərlərimizi, tariximizi aşılamaq məqsədi ilə Xətai rayon məktəblərində də “Şuşa İli” adlı layihə həyata keçirilir. Belə tədbirdən biri də 6 dekabr 2022-ci il tarixdə Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, məktəbin müəllim və şagirdləri   iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.

Tədbirdə məktəblilərin ifasında tədbirin mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

 

Keçidlər