Xətai rayon İcra Hakimiyyəti tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilmişdir
24 aprel 2013-cü il tarixdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Zaməddin Əkbərov, Neftçilər Xəstəxanasının baş direktoru Leyla xanım Seyidbəyova di digər natiqlər görkəmli alim, tibb elmləri doktoru, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdirlər. Qeyd edilmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.