Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA ABADLAŞDIRMA VƏ TƏMİZLİK İŞLƏRİ DAVAM ETDİRİLİR

19 aprel 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə davam edən abadlaşdırma və təmizlik tədbirləri çərçivəsində 19.04.2017-ci il tarixdə rayonun Məzahir Rüstəmov küçəsi  7, 9, 19,   Məhəmməd Hadi küçəsi  13, 15,  Qaçaq Nəbi küçəsi 7, 8, 9,  Sarayevo küçəsi 32 ünvanlarının əhatəsində iməcilik keçirilib, təmizlik və  abadlıq  işləri aparılıb. 
Görülən işlər çərçivəsində Qaçaq Nəbi 9 ünvanda yerləşən məhəllədaxili ərazidə şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılmışdır. Şəhid bulağının tikintisi və lövhənin yerləşdirilməsi 20.08.2014-c ü ildə şəhidin anası mərhum Məmmədova Gülzarın xeyir-duası ilə həyata keçirilmişdir. Əraziyə gələn şəhid Şahin Məmmədovun qardaşı Məmmədov İsaq Səməd oğlu Qarabağ müharibəsi şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, şəhidlərin ailə üzvlərinə,  müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir. Bulağın qarşı hissəsində sakinlərin istirahətini təmin etmək məqsədilə müasir tipli köşklər və oturacaqlar qoyulmuş və uşaq əyləncə elementləri quraşdırılmışdır. Görülən işlərlə bağlı bina sakinləri və Məmmədov İsaq Səməd oğlu tərəfindən rayon İcra Hakimiyyətinə yazılı minnətdarlıq da ünvanlanmışdır.
Həmçinin, rayonun Məzahir Rüstəmov küçəsi  7, 9, 19, Məhəmməd Hadi küçəsi  13, 15,  Qaçaq Nəbi küçəsi 7, 8, 9,  Sarayevo küçəsi 32 ünvanlarda abadlıq-təmizlik işləri həyata keçirilmişdir. Ərazidə yaşayan vətəndaşlarla aparılan söhbətlər zamanı bina sakinləri ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt edilərək hasarlanan bostanların ətrafında yaranan   antisanitariya və çəpərlənmiş sahələrin ümumilikdə əhalinin rahat gediş-gəlişinə maneçilik törətməsi ilə bağlı çoxsaylı şikayətlərini bildiriblər. 
Bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər  sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Eyni zamanda qurumuş ağacların,  metal qırıntısı və digər lazımsız əşyaların ərazidən götürülməsi, qoca ağacların budanması işləri həyata keçirilib. Hazırda ərazidə  texnikalar işləyir, abadlıq-təmizlik  işləri davam etdirilir. 
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun daimi nəzarəti əsasında həyata keçirilən  abadlıq, təmizlik işlərinin keçirilməsində  əsas məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.

 

Keçidlər