Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun 287 saylı “Zəkalar” liseyinin komandası “Qələbəyə doğru” intellektual yarışmasının qalibi olmuşdur

19 aprel 2017 | 11:00

19 aprel 2017-ci il tarixdə 200 saylı tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Formunun iştirakçılarının və “Qələbəyə doğru” intellektual yarışmanın regional seçim turu keçirilmişdir.
Yarışmalarda Bakı şəhəri üzrə 6 rayonun komandası iştirak edib. Xətai rayonundan da  öz fəallığı və intellektual səviyyəsi ilə seçilən və fikirlərini sərbəst ifadə edə bilən şagirdlərdən ibarət komandalar  yarışmaya qatılıb.
Xətai rayonunun Humanitar fənlər təmayülli liseyin komandası Azərbaycan Uşaqlarının IV Formunun iştirakçılarının seçim turunda xüsusi aktivlik göstərib.
“Qələbəyə doğru” intellektual yarışmanın regional seçim turunda isə Xətai rayonunun 287 saylı  “Zəkalar” liseyinin komandası 1-ci yerə layiq görülərək  yarışmanın qalibi olmuşdur. Qalib komandamızın üzvlərinə  diplomlar təqdim edilmişdir.
Qaliblərimizi təbrik edirik!

 

 

Keçidlər