Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

20 aprel 2017 | 11:00
    Aprelin 20-də Xətai rayon İcra Hakimiyyətində  Xətai   rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “2017-ci ilin birinci rübündə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat  yığıncağı keçirilib.Tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyublar.  

       Yığıncaqda 2017-ci ilin birinci rübü ərzində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə edilib.   Rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş müşavirə barədə ətraflı məlumat verib: “2017-ci ilin ilin birinci rübündə rayonunumuzun sosial-iqtisadi göstəricilərində müsbət dinamika davam etmiş, rayonun ictimai-siyasi və sosial-mədəni həyatında nəzərəçarpacaq irəliləyişlər müşahidə olmuşdur.

        2017-ci  il yanvar-mart aylarında 403875  min  manatlıq  və  ya  əvvəlki  illə müqayisədə  68.8 faiz çox sənaye  məhsulu  istehsal  edilmişdir. Sənaye  məhsulunun  ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 95.3  faiz, qeyri-dövlət  sektorunun   xüsusi  çəkisi isə 4.7 faiz   təşkil  edir.

      İnformasiya və rabitə  müəssisələri  tərəfindən  təsərrüfat subyektlərinə və əhaliyə faktiki  qiymətlərlə  8 milyon 559 min 700  manatlıq  rabitə  xidməti göstərilmişdir ki, bu da əvvəlki  illə müqayisədə  1.7 faiz çoxdur.

      Tikinti üzrə Xətai rayonunda  2017-ci  il yanvar-mart aylarında rayonun  tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 178239.1 min manat məbləğində vəsait istifadə  edilmişdir.  İstifadə olunmuş vəsaitin 177831.4 min  manatı   tikinti-quraşdırma  işlərinin yerinə yetirilməsinə  (99.8%)  sərf edilmişdir. Bu  da  2016--cı ilə  nisbətən  12.1 dəfə çox olmuşdur.

      Nəqliyyat sektorunda 186 milyon 738 min 700 manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.9 faiz çox olmuşdur.

      İstehlak bazarında 2017-ci ilin birinci rübündə rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 590 milyon 458 min 900 manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,6 faiz çox əmtəə satılmışdır.

      

      Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin müvafiq dövrünə nisbətən 4.6 faiz çoxalaraq 197 milyon 346min 700  manat olmuşdur. Ümumi həcmin 41.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 81 milyon 701 min 500 manatlıq ödənişli xidmətlər göstərilmişdir.

      Əhaliyə göstərilən ödənişli xidmətlərin 21.1 faizi dövlət müəs-sisələrinin  payına   düşmüşdür. 

      Özəl  sektorun  müəssisələri   tərəfindən  əhaliyə  155 milyon 706 min  500 manatlıq  və  ya  2016-cı  ilə nisbətən 6.7 faiz çox ödənişli xidmətlər  göstərilmişdir.

      Daxili bazarda süni bahalaşmanın qarşısının alınması istiqamətində rayonda sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirləri davam etdirilmişdi.

 Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.

Rayon ərazisində “Bravo” hipermarketi istifadəyə verilmişdi.

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq yeni iş yerlərinin yaradılması istiqamətində rayon İcra hakimiyyəti tərəfindən tədbirlər həyata keçirilir.

         Belə ki, cari ilin birinci rübündə rayon İcra Hakimiyyəti tərəfindən 585 nəfər müvəqqəti işə cəlb edilmişdir. Onlardan  304 nəfəri abadlıq və təmizlik işlərinə, 281 nəfəri isə çoxmənzilli binaların təmiri işlərinə cəlb olunmuşdu. Eləcə də müxtəlif müəssisələr tərəfindən  (SOCAR,“Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azər-baycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC,  “Azərenerji” ASC “Azəristiliktəchizat” ASC) 881 müvəqqəti  açılmış iş yerindən 293-nə artıq işçilər işçilər cəlb edilmişdir.

         2017-ci ilin birinci rübündə  2764 yeni iş yerləri açılmışdı, o cümlədən 642 nəfəri yeni yaradılmış müəssisələrdə, 682 nəfəri mövcud müəssisələrdə, 32 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1408 nəfəri isə  fiziki şəxslər tərəfindən yaradılmış iş yerləri olmuşdur.

DSMF Bakı şəhəri Xətai район шюбясиndə 2017-ci ilin I rübü ярзиндя 413 няфяр йаша, 89 няфяр ялиллийя вя 37 няфяр аиля башчысыны итирмяйя  эюря олмагла, 539 няфяря ямяк пенсийасы тяйин едилмишдир. Ümumiyyətlə rayon üzrə 26649 йаша, 8246 ялиллийя, 2353 nəfər аиля башчысыны итирмяйя эюря олмагла, ъями 37248 няфяр əmək пенсийачыsı qeydiyyatdadır.

Eləcə də 2017-ci il 01 aprel tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2354 nəfər olmuşdur. Vahid elektron müraciət və təyinatı alt sisteminin (VEMTAS) tətbiqindən sonra rayon üzrə 213 ailə və 819 ailə üzvünə elektron müraciətləri əsasında sosial yardım təyin edilmişdir.        

Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi 2017-ci il üçün illik iş planına uyğun  bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 1990-cı il “Faciəli yanvar” hadisəsinin 27-ci ildönümü və “Xocalı soyqırımını”nın 25-cü ildönümü ilə əlaqədar rayonun bütün idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilmişdir.  Məlum olduğu kimi “Xocalı soyqırımını”nın 25-cü ildönümü ilə əlaqədar qərargah yaradılmış, Dövlət Başçısının və digər dövlət təşkilatlarının, Milli Məclis deputatlarının, ictimayət nümayəndələrinin iştirakı ilə yürüş keçirilmişdir. Yürüşün keçiriləcəyi Nobel prospekti - Y.Səfərov küçəsi - Xocalı prospekti marşurutu boyu Prezident administrasiyasının, Bakı şəhər İcra Hakimiyyəyinin və digər əlaqədar təşkilatlarlın əməkdaşları ilə birgə  abadlıq-quruculuq, tərtibat işləri aparılmış, 105 minə yaxın bəzəkli gül kolları və həmişə yaşıl bəzək ağacları əkilmişdir. Tədbirin yüksək səviyədə keçirilməsi  təmin edilmişdir.

       Eləcə də 31 mart Azərbaycanlıların soyqırım günü ərəfəsində rayonumuzun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında tədbirlər keçirilmişdir.

 Rüb ərzində rayonda abadlıq-quruculuq işləri davam etdirilmiş, iməciliklər təşkil edilmişdir.

Dünyanın ən böyük layihələrindən olan “Ağ şəhər”də layihəsi çərçivəsində əhalinin köçürülməsi, konpensasiya ödənilməsi və söküntü işlərinə başlanılmışdır.

Abadlaşdırma layihələri çərçivəsində köhnə mənzil fondunun yenilənməsi layihəsi üzrə 5 çoxmərtəbəli binada (S.Orucov küçəsi, 1,2,3, Cavanşir küçəsi 2, M.Hadi küçəsi 11 ünvanlarda) əsaslı təmir işləri başa çatdırılmışdır.  8 ünvanda isə (Xocalı prospekti 24, 24a, 20/22, Cavanşir küçəsi 4, X.Məmmədov küçəsi 6, R.Məmmədov küçəsi 10, M.Hadi küçəsi 138, Neapol küçəsi 41) təmir işlərinə başlanılmışdır.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə rayonun Həsən Salmani küçəsi 1 ünvanda verilmiş 3 otaqlı  mənzil yüksək zövq və keyfiyyətlə tam təmir edilmiş,  məişət avadanlıqları, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan, qabyuyan maşınla və s. tam təchiz edilərək şəhidin ailəsinə təqdim olunmuşdur.

Xudu Məmmədov küçəsi,6 ünvanda 120 yerlik yeni uşaq bağçasının, Sadıqcan küçəsində Rayon inzibati binasının inşa işləri davam etdirilr. Avqust ayının axırına uşaq bağçasının, iyun ayının sonuna Polis İdarəsinin tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.

Rayonda ekoloji və sanitar vəziyyətin yaxşılaşdırılması  istiqamətində kompleks tədbirlər görülmüş, bu tədbirlər çərçivəsində “Abad həyət”, “Təmiz məhəllə”, park inşası, yaşıllıqların salınması və ağacların əkilməsi, suvarılması onlara aqrotexniki  qulluq göstərilməsinə əmək qabiliyyətli qeyri məşğul əhali  cəlb edilməsi işi davam etdirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-ci il tarixli Bakı şəhərinin 9 rayonunda, o cümlədən Xətai rayonunda sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarın icrası ilə əlaqədar rayon ərazisində pilot layihələr davam etdirilir. Artıq Sergey Senyuşkin küçəsi 26-28, Natiq Əliyev küçəsi 10, Nəcəfqulu Rəfiyev küçəsi 29, Sergey Senyuşkin küçəsi 30, Zığ yolu 31 A, Nobel 13 və M.Mehdizadə küçəsi 4-6 ünvanlarda binalar hasara alınmış, geologiya-geodeziya işləri başa çatmış, işçi layihəsi hazırlanmış, sakinlərin köçürülməsi və digər işlər həyata keçirilir.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən cari ilin fevral ayının 15-dən Xətai rayonunda əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır. Tapşırığın icrası ilə bağlı operativ tədbirlər görülmüş, Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmış, idarə, müəssisə, təşkilat rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilmişdir. həkimlərdən ibarət səyyar briqadalar məktəblərdə, uşaq bağçalarında, istehsal müəssisələrində, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanları evlərində tibbi müayinədən keçirirlər. Artıq bu günədək yaşı 18 dən yuxarı olan 280713  nəfərdən 91988 nəfəri tibbi müayinədən keçirilmişdir, bunlardan 6024 nəfəri ambulator müalicəyə, 592 nəfəri stasionar müalicəyə qəbul edilmişlər. Həmçinin 43 kollektiv bu müddətdə tibbi müayinəyə cəlb olunmuşdur.

Novruz bayramı münasibətilə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmiş, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaq evləri və kimsəsizlərə bayram sovqatları verilmişdir.

Məlum olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublika məktəbliləri Azərbaycan Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər.

Bu tur çərçivəsində Xətai rayonundan da 27 məktəbli bir icra Hakimiyyətinin nümayəndəsi, bir müəllim və bir  həkimin müşayətilə 16-19 mart tarixlərdə Naxçıvan Muxtar Respublikasında olmuşlar.

Rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin edilməsi yönündə tədbirlər davam etdirilmişdir. 01.02.2017-ci il tarixdə “Gənclər Günü” münasibətilə rayonun fəal gənclərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bir qrup gənc rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci il “İslam həmrəyliyi ili” elan edilməsi və cari ilin may ayında respublikamızda keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar rayonun Gənclər və idman idarəsi ilə birgə silsilə tədbirlər keçirilmiş və bu tədbirlər davam etdirilir.

Rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.

      İlin əvvəlində qəsəbə və sahə inzibati ərazi dairələrinin hesabat yığıncaqları keçirilmişdir.

Xətai və Əhmədli bələdiyyələri ilə birgə fəaliyyət planı əsasında iş aparılmış, bələdiyyələrlə işin təşkili ilə bağlı əlaqələndirmə şurasının fəaliyyəti yaxşılaşdırılmışdır.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Etibar Əhmədov, Rayon Mənzil Kommunal Təssərüfat Birliyinin rəisə Sahib Babayev, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, Məşğulluq Mərkəzinin direktoru Niyazi Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət   Xidmətinin Xətai rayon İdarəsinin rəisi polkovnik Mehman Qurbanov, “Azərişıq” ASC-nin Xətai Rayon Enerji Təchizatı və satışı İdarəsinin rəisi Elnur Həsənov və digər iştirakçıların da çıxışları dinlənildi.

        Hesabat iclasının yekununda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etmişdir ki,   gələcəkdə də  öhdəmizə düşən vəzifələri layqincə yerinə yetirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına, insanlarımızın rifah halının yaxşılaşdırılmasına öz töhfəmizi verəcəyik. Eyni zamanda Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən layqincə gələcək, ölkəmizin inkişafı yolunda həyata keçirdiyi  siyasətə dəstək olacağıq.

Sonda iclasın qərar layihəsi oxundu.

Keçidlər