Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Ağ şəhər” ərazisində işlərin gedişi ilə tanış olub

22 aprel 2017 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü  işlərinin gedişi ilə tanış olub.
22 aprel 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə işlərin gedişi ilə yerində tanış olmaq üçün “Turşu küçəsi” adlandırılan əraziyə gəlib. 
Burada sakinlərin köçürülməsi, boşaldılan evlərin söküntü işlərinin gedişi və digər tədbirlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün nüvafiq tapşırıqlar verib. Cənab Razim Məmmədov hazırda bu ərazidə aparılan  işlərin layihə üçün mühümlüyünü, önəmini   bir daha vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə  məsuliyyətlərini bir daha artırmalarını tapşırıb.

 

Keçidlər