Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib

27 aprel 2017 | 11:00

27.04.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir çərçivəsində xəstəxanada pulsuz göz müayinəsi keçirilib. Aksiyadan şəhid ailələri, Qarabağ, Böyük Vətən müharibəsi veteranları, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz insanlar olmaqla ümumilikdə 200-dən çox vətəndaş yararlanıb. Müraciət edənlərin hər biri xəstəxanadakı ən müasir aparatlardan keçib və peşəkar tibbi personal tərəfindən lazımı yardımlar göstərilib. Göz xəstəlikləri aşkarlanan 15 nəfər isə pulsuz əməliyyat üçün qeydiyyata alınıb.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib  ki, Zərifə xanım  Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova və digər çıxışçılar Zərifə xanım Əliyevanın  peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunduğunu bildiriblər.

Tədbirdə  iştirak edən sakinlər göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildirmiş, belə bir aksiyanın keçirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə  minnətdarlıq etmişlər.

Keçidlər