Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda vətənpərvərlik mövzusunda keçirilən tədbirlər davam edir

27 aprel 2017 | 11:00

Böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə Xətai rayonunda ardıcıl tədbirlər həyata keçirilir. 27.04.2017-ci il tarixdə rayondakı 263 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərin səhnələşdirdikləri qısametrajlı tamaşa nümayiş olunub.
   Tədbirin fəxri qonağı YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək diqqətə çatdırdı ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi, qədim mədəniyyəti, adət ənənələrini, həmçinin, ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri işğalçılıq siyasətini  uşaqların gözü ilə dünya içtimaiyyətinə çatdırmaqdır.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və digər çıxışçılar  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruçuluğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, bu gün ölkədə Silahlı Qüvvələrinin maddi texniki bazası möhkəmləndirilib, bütün hərbi hissələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən  düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılıb.
     Sonra məktəblilər Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan "Xəcalət" tamaşasını nümayiş etdirdilər.
Tamaşada Qarabağ savaşında canını qurban verməyə hazır olan  iki dostun həyatından, onların vətənə ola sevgilərindən bəhs edilib. Uşaqlıqdan bir yerdə böyüyən Murad və Vətən Qarabağ savaşına da birgə gedib, lakin sonradan onların həyat yolları ayrılıb. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Bu 10 il müddətində Vətən torpaq həsrəti ilə yanıb yaxılır, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə          var-dövlət qazanıb. İndi iki dost arasında Vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranıb.

Keçidlər