Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirildi

28 aprel 2017 | 11:00

28.04.2017-ci il tarixdə Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin  başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, millət vəkili Hüseynbala Mirələmov, Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səyyarə Nadirova, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə ölkəmizin milli-mənəvi dəyərlərini özündə əks etdirən eksponatlarla tanış olublar. 
Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov diqqətə çatdırıb ki, bu sahə dövlətimizin  başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Rayon ərazisində həyata keçirilən işlərə gəlincə isə qeyd olunub ki, hazırda bu istiqmətdə əsasən, orta təhsil müəsisələrində maarifləndirmə işləri həyata keçirilir, şagirdlərə narkotik vasitələrin törədikləri fəsadlar barədə geniş mühazirələr deyilir.
  Çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Pənah İmanov ,“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Respublika Narkoloji Dispanserin nümayəndələri, Qicslə Mübarizə mərkəzinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ekspertlər  bildiriblər ki, ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu çox böyükdür.
   Sonda şagirdlərin hazırladıqları "Həyatınla oynama, hələ gec deyil" adlı tamaşa nümayiş olundu. Tamaşada şagirdlər idman ölkəsi olan Azərbaycan gəncləri ilə narkotik vasitələr istifadə edən insanları müqayisə ediblər.  Tamaşada göstərilib ki, belə vasitələr orqanizmdə fəsadlar törətməklə yanaşı, həm də bir sıra xəstəliklərə yol açır və gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Keçidlər