RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
01.05.2017-ciı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirildi. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qəbulda ümumilikdə 15 vətəndaş iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov müraciət edən vətəndaşlarla görüşmüş, onların qaldırdıqları məsələləri diqqətlə dinləmiş, hər bir müraciət üzrə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal məsələlər ilə bağlı müraciətlər dinlənilmişdir.
Görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Müraciət edənlərdən aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov, sakinlər- Leyla Mütəllimova, Xoşqədəm Qasımova, İsmayıl Hüseynov, Adil Yusifov, Qasım Kazımov, Qəhrəman Əliyev, Tahirə Əzizova və digərləri onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.