Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı icra hakimiyyətində istehsalat təcrübəsi keçəcək tələbələrlə görüşmüşdür

02 may 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin icra hakimiyyətində istehsalat təcrübəsi keçəcək 4-cü kurs tələbələri ilə görüşmüşdür.
     Gəncləri səmimi salamlayan  cənab Razim Məmmədov bildirmişdir ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir.  
     Tələbələrin hər biri ilə fərdi tanışlıqdan sonra cənab Razim Məmmədov onlara təcrübə müddətini səmərəli keçirməyi və rayon İcra Hakimiyyətində təcrübədə olduqları müddətdə qazanacaqları bilik və bacarıqlarla  bütöv və müstəqil Azərbaycanın  parlaq gələcəyi naminə,   öz siyasətində onlara arxalanan Ölkə Prezidentinin etimadını həmişə doğrultmağı tövsiyyə etmişdir.

Keçidlər