Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Faşizim üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

02 may 2017 | 11:00

02.05.2017-ci il tarixdə Xətai rayonundakı  Miryusif Yusifov adına  265 nömrəli  tam  orta məktəbdə Faşizim üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş  tədbir  keçirilib.
  Tədbirdə Böyük Vətən müharibəsində, Qarabağ uğrunda və aprel döyüşlərində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 Çıxış edənlər -məktəbin direktoru Yeganə Qurbanova,  Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Gənclər və İdman  İdarəsinin rəisi Əfqan Rzayev  müharibə veteranlarını qələbə münasibətilə təbrik ediblər. Qeyd olunub  ki, Ölkə Başçısı  İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tezliklə torpaqlarımız geri alınacaq və biz qələbəni işğal olunmuş torpaqlarımızda  qeyd edəcəyik.
 Şagirdlərin ifasında mahnılar, şeirlər, Böyük  Vətən müharibəsinin dəhşətlərini özündə əks etdirən səhnəciklər və video-roliklər nümayiş etdirilib.
  Daha sonra rayon Veteranlar  Şurasının sədri  Nəcibə Məhərrəmova və Böyük Vətən müharibəsi veteranları çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə prezdenti cənab İlham Əliyevə  və  rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 

Keçidlər