Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Qəhrəmanlar unudulmur"mövzusunda dəyirmi masa keçirilib

04 may 2017 | 11:00

05.05.2017-ci il tarixdə Xətai rayonundakı 263 saylı tam orta məktəbdə 9 may- Faşizm üzərində qələbənin 72-ci ildönümünə  həsr olunmuş "Qəhrəmanlar unudulmur" mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimələri- Dilbər Əsədova və  Aida Vəliyeva Böyük Vətən müharibəsi illərində azərbaycanlıların arxa cəbhədə yeri və rolu haqqında və Sovet İttifaqı qəhrəmanları  olmuş azərbaycanlılar haqqında geniş məlumat veriblər.
Məktəbin tarix müəllimi Aqil Qazi  çıxışında qeyd edib ki, Böyük Vətən müharibəsi   Azərbaycan sərhədlərindən çox uzaqda getsə də ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss  etməyib. Hərbi əməliyyatın başlandığı ilk gündən cəbhədə göstərdikləri şücaətə görə 139 soydaşımız Sovet İttifaqının ən ali mükafatına- "Sovet İttifaqı Qəhrəmanı"adına layiq görülüb. 
Sonda çıxış edən məktəbin direktoru N.Z.Bayramova  tezliklə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsinin də Qələbə ilə  başa çatacağına əminliyini   dilə gətirib.
Tədbir çərçivəsində Böyük Vətən Müharibəsindən bəhs edən sənədli filmlərdən fraqmentlər nümayiş olunub.

Keçidlər