Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Xətai rayonundakı 171 saylı məktəbdə də anılıb

05 may 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəsisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir rayonun 171 saylı orta məktəbində təşkil edilib.

  Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini  Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ciddi islahatlar aparıb. Diqqətə çatdırıb ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb.

Digər çıxış edənlər- məktəbin direktoru Zenfira Məsimova,  mayor Ramil Səfərov, Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və başqaları qeyd ediblər ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev  əməyinin nəticəsidir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.

Tədbir çərçivəsində məktəblilərin rəngarəng çıxışları, şeirlər, musiqilər tədbir iştirakçılarına maraqlı anlar yaşadıb.

Keçidlər