ULU ÖNDƏRİN XATİRƏSİ ONUN ADINI DAŞIYAN LİSEYDƏ ANILIB
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir sıra təhsil müəsisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.Növbəti belə tədbir rayondakı Heydər Əliyev adına liseydə baş tutub.
Ulu öndərin adını daşıyan təhsil ocağında keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb. Bildirib ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızən ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb.
Təhsil ocağının direktoru Sevinc Orucova isə vurğulayıb ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev əməyinin nəticəsidir. bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kampazisiya ilə davam etdirilib. Məktəblilərin rəngarəng çıxışları, şeirlər musiqilər tədbir iştirakçılarına maraqlı anlar yaşadıb.