Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror şəhidləri Daşdəmirov Sahib Natiq oğlu və Məmmədov Rasim Oktay oğlunun anım tədbiri keçirilib

20 sentyabr 2024 | 16:30

20.09.2024-cü ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, rayonun prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Daşdəmirov Sahib Natiq oğlu və Məmmədov Rasim Oktay oğlunun vəfatının ildönümündə məzarlarını ziyarət ediblər.

Tədbir iştirakçıları qəhrəmanların məzarları üzərinə əklil və tər güllər düzüblər. Onların ruhuna dualar edib, ehtiramlarını bildiriblər.

Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, qeyd edib ki, antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Birgünlük antiterror əməliyyatı Vətən müharibəsində tarixi Zəfərin davamı, Azərbaycanın gücünün daha bir nümayişi oldu. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbr, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə uca Allahdan şəfa diləyirik.

Keçidlər